Çərşənbə axşamı , Sentyabr 22 2026
azfa

GADTB-nin Türkiyənin Zəfər Bayramı münasibətilə bildirişi

GADTB: 1922-ci il avqustun 30-da düz 100 il öncə Türk Dünyasının ümid yeri Türkiyəmizdə Böyük Mustafa Kamal Atatürkün başkumandanlığında Dumlupınarda qazanılan böyük qələbə Zəfər Bayramı adlanmışdır. Bu bayram Türkiyə tarixinə Birinci Dünya müharibəsindən məğlub çıxan Osmanlı dövlətinin işğalçı ölkələr, türk düşmənləri arasında paylaşdırılması planlarının qarşısının alınmasında çox önəmli rol oynamışdır. Böyük Mustafa Kamal Atatürkün başçılıq etdiyi türk milləti bugünkü Türkiyə Cümhuriyyətini dirçəltmək üçün böyük mücadilə və qurbanlar vermişdir.

İşğalçı orduların Türkiyə sərhədlərindən çıxarılması bir qədər sonra baş versə də, 30 avqust simvolik olaraq Türkiyə torpaqlarının geri alındığı günü təmsil edir. Bu zəfər əslində təkcə Türkiyənin deyil, Güney Azərbaycanın, eləcə də bütün türk dünyasının zəfəridir.

Milyonlarla türkün qanı bahası ilə qazanılan qələbə bəşər tarixinin ən ağır sınaqlarından keçmiş bir milli zəfərdir. Bütün dünyanın düşmən çabalarına qarşı yeni Türkiyənin yaranması insan iradəsini ortaya qoymuş oldu. GADTB olaraq bu böyük bayram münasibətilə bütün Türk soydaşlarımızı və bütün Türk Dünyasını təbrik edirik.

Əjdər Tağızadə

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı

Həmçinin yoxlayın

Turkish Airlines, AJet və Pegasus İrana giriş-çıxış uçuşlarını ləğv edib

GADTB: “İ24NEWS” çərşənbə axşamı, 22 sentyabr 2026-də məlumat yayıb ki, Turkish Airlines, AJet və Pegasus …

Təbrizdə “Global” işi üzrə zərərçəkənlərin etiraz aksiyası davam edir – Video

GADTB: “Global” adı ilə tanınan iş üzrə bir qrup zərərçəkən dünən, 21 sentyabr 2026, Təbrizdə …