Bazar ertəsi , Sentyabr 21 2026
azfa

İranın Zəngəzur dəhlizi ilə bağlı düşmənçiliyi davam edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran saytları Azərbaycan və Zəngəzur dəhlizi barədə düşmən mövqeyi davam edir.

 Rejimin “Rahbord-e Moaser” saytı iddia edib: “İran bölgədə yeganə ölkədir ki, ikinci Qarabağ müharibəsi başlayandan balanslı mövqe tutub və indi Bakı və İrəvanla bağlı balans yaratmağı planlaşdırır. Əhəmiyyətli olacaq və İran rəsmilərinin bunu dəfələrlə vurğuladığı məsələ regionun sərhədlərinin və geosiyasi mövqeyinin dəyişilməz olmasıdır”.

Zəngəzur dəhlizini İran üçün təhlükə adlandıran saytı yazır: “Lakin Azərbaycanı Naxçıvanla birləşdirəcək və Türkiyəyə uzanacaq bu müstəqil dəhliz Ermənistan ərazisindən keçən Şimal-Cənub tranzit marşrutlarına təhlükə yaradır.

Son aylar Qarabağ və Zəngəzur dəhlizi İran periferiyasında ən çətin məsələyə çevrilib və hətta ekspertlərin fikrincə, külün altındakı oda bənzəyir ki, bu da istənilən bəhanə ilə yenidən müharibənin başlanması ehtimalını mümkün edir”.

“Hazırda Azərbaycanı Naxçıvanla birləşdirən Zəngəzur dəhlizinin yaradılması məsələsi son dərəcə aktuallaşıb və Azərbaycan tərəfi bir növ Türkiyənin dəstəyi ilə onu işə salmağa çalışır. Bu layihə həssasdır, çünki regionda geosiyasi dəyişikliklərə səbəb ola bilər və İran sərhədlərdə istənilən dəyişikliyə qarşı dəfələrlə xəbərdarlıq edib”,-deyə qeyd edilib.

Həmçinin yoxlayın

İran Araz Azad İqtisadi Zonasını əsas logistika mərkəzlərindən birinə çevirmək istəyir

GADTB: İran Araz Azad İqtisadi Zonasının İdarə Heyətinin sədri və baş icraçı direktoru Hadi Müqəddəmzadə …

Tehranda qadınlar marafonuna görə cinayət işi açılıb

GADTB: Tehranda qadınlar arasında qaçış yarışının keçirilməsindən sonra Tehran Prokurorluğu bu tədbirin təşkilatçıları və məsul …