Çərşənbə , Sentyabr 23 2026
azfa

Tvitterdə azərbaycanlı siyasi məhbus Abbas Lisaniyə dəstək kampaniyası

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranın əməliyyat olmasına baxmayaraq zindana saldığı azərbaycanlı siyasi məhbus Abbas Lisaniyə Tvitterdə dəstək kampaniyası keçiriləcək.

Bu məqsədlə sentyabrın 2-i cümə günü saat 21:00-da azərbaycanlı siyasi məhbus Abbas Lasaninin sağlıq durumuna diqqət çəkmək üçün tvitterdə #FreeLisani həştagı başladılacaq.

Bununla yanaşı “Club Haus”-da “Azadlıq, Ədalət, Milli hökumət” adı ilə azərbaycanlı milli fəallar, azadlıq və ədalətsevərlərin iştirakı ilə Abbas Lasaniyə qarşı ediləb qanunsuz təzyiqlər barədə danışılacaq.

Qeyd edək ki, azərbaycanlı siyasi məhbus Abbas Lisani yenicə əməliyyat olunmasına baxmayaraq müalicə olunmaq əvəzinə rejim tərəfindən yenidən zindana salındı.

Həmçinin yoxlayın

Uitekaf və Əraqçi Nyu-Yorkda danışıqlar aparıb

GADTB: ABŞ-ın xüsusi nümayəndəsi Stiv Uitekaf bildirib ki, çərşənbə axşamı, 22 sentyabr 2026-da BMT Baş …

Tramp: İranla bağlı böyük qərar verməliyəm – razılaşma, yoxsa İranın məhv edilməsi

GADTB: ABŞ Prezidenti Donald Tramp İranla bağlı çıxışında deyib: “Qarşıda böyük bir qərar verməliyəm. İranla …