Azərbaycanlı milli fəal və idmançı Kərim İsmayılzadə məhkəməyə çağırılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin ETTELAAT İdarəsi zəng edərək azərbaycanlı milli fəal və idmançı Kərim İsmayılzadə məhkəməyə çağırıb.

İranın ETTELAAT İdarəsinin məmurları Təbrizdə yaşayan azərbaycanlı milli fəal və tanınmış idmançı Kərim İsmayılzadəyə zəng edərək onu idarəyə çağırıblar.

Azərbaqycan fəal özünün sosial media hesabında bu barədə məlumat paylaşaraq, hansı səbəbə görə çağrıldığını bilmədiyini və məmurların açıqlama vermədiklərini yazıb.

Qeyd edək ki, Kərim İsmayızadə bundan öncə də Urmiya gölü ilə bağlı aksiyalara qatıldığına və mədəni fəaliyyətlərinə görə yaxanaraq, təzyiqlərlə qarşılaşdığını bildirmişdi.

Həmçinin yoxlayın

Abbas Lisani və Yusif Karı istintaqda iştirakdan imtina ediblər

GADTB: Azərbaycanlı milli fəallar Abbas Lisani və Yusif Karı istintaq prosesini “şou xarakterli, qeyri-hüquqi və …

Şərqi Azərbaycan vilayətində çox sayda işçi işsiz qalıb

GADTB: Son bir neçə həftə ərzində Şərqi Azərbaycan əyalətində istehsalat sahələrində çalışan daha 2 min …