Azərbaycanlı fəal İsmayıl Əhmədi İran məhkəməsi tərəfindən mühakimə edildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Əhər şəhərində sentyabrın 7-də rejimin İnqilab Məhkəməsi azərbaycanlı milli fəal İsmayıl Əhmədini mühakimə edib.

Rejimin məhkəməsi azərbaycanlı fəalı şərləyərək, ona qarşı “hökumətə qarşı təbliğat” ittihamı irəli sürüb.

Qeyd edək ki, may ayının 25-də İran ETTELAAT məmurları İsmayıl Əhmədinin evinə hücum edərək, evdə axtarış aparıb və ona məxsus telefon, komputer və başqa şəxsi əşyaları müsadirə edərək, özünü də yaxalamışdılar.  

İsmayıl Əhmədi bir gün sonra girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılmışdı.

İran rejiminin ETTELAAT İdarəsinin təzyiq və hədələri səbəbindən fəalın ailəsi onun həbs edilməsini ictimailəşdirməmişdilər.

Həmçinin yoxlayın

Tramp: Tələblərimizin 100 faizinə nail olmasaq, İranla genişmiqyaslı müharibə qaçılmaz olacaq

GADTB: ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, əgər administrasiyası İranla aparılan danışıqlarda qarşıya qoyduğu …

Şərqi Azərbaycan adının rəsmi bannerdə ixtisar edilməsi etiraz doğurdu

GADTB: Şərqi Azərbaycan Vilayəti Dövlət Təzirat Baş İdarəsinə aid olduğu bildirilən bannerdə rəsmi “Şərqi Azərbaycan” …