Bazar ertəsi , Sentyabr 21 2026
azfa

Ukrayna ordusu bir çox yaşayış məntəqəsini azad edərək 52250 rus hərbçisini öldürdü

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ukrayna ordusu 30 yaşayış məntəqəsi, o cümlədən Xarkov vilayətinin Kupyansk şəhərini azad edib. Bu barədə Xarkov vilayət şurası rəhbərinin müşaviri Natalya Popova bildirib.

Xatırladaq ki, bundan əvvəl Ukrayna Silahlı Qüvvələrinin Xarkov vilayətində 2 500 kvadrat kilometrə yaxın ərazini azad etdiyi barədə məlumat verilmişdi.

Həmçinin Rusiya Silahlı Qüvvələri Ukraynanın hücumu qarşısında dayana bilməyərəl, Xarkov vilayətinin İzyum şəhərini tərk ediblər.

Bu arada isə Ukrayna müharibənin 199-cu günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.

Bildirilib ki, Rusiya indiyə qədər 52 250 hərbçi, 2136 ədəd tank, 4 584 ədəd zirehli döyüş maşını, 1 259 ədəd artilleriya sistemi, 311 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 162 hava hücumundan müdafiə sistemi, 239 ədəd hərbi təyyarə, 212 ədəd helikopter, 3 426 ədəd avtomobil texnikası, 898 ədəd PUA, 215 qanadlı raket, 15 gəmi/qayıq, 114 xüsusi avadanlıq itirib.

Həmçinin yoxlayın

Molla rejimin Ermənistandakı səfiri Zəngəzur dəhlizinə qarşı olduqlarını deyir

GADTB: İranın Ermənistandakı səfiri Xəlil Şirqulami bu dəfə ABŞ-ı bəhanə edərək, ABŞ-nin İran sərhədləri yaxınlığında …

Tramp molla rejimi ilə müharibəni davam etdirmək üçün üç variantı nəzərdən keçirir

GADTB: “Vaşinqton Tayms” qəzeti yazıb ki, ABŞ prezidenti Donald Tramp İran İslam Respublikası ilə bağlı …