Çərşənbə , Sentyabr 23 2026
azfa

Azərbaycanlı fəallar Urmiya gölünün quruyan yatağında etiraz aksiyası keçirib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bir qrup azərbaycanlı milli-mədəni fəal dünən axşam Urmiya gölünün quruyan yatağına etiraz olaraq toplaşblar.

Onlar əllərində “Urmiya gölünün ölümü Azərbaycanın ölümü deməkdir- Oyan Azərbaycan- #Save_lake_urmia” yazılmış banner açıblar.  

Azərbaycanlı fəallar bu etiraz aksiyası ilə Urmiya gölünün bərpasını tələb etməklə, insanların diqqətini yaranan ekoloji fəlakətə yönəltmək istəyiblər.

Qeyd edək ki, irqçi fars rejim Urmiya gölünü qəsdən qurutmaqla Azərbaycanı ekoloi fəlakətlə məhv etməyi qərarlaşdırıb. Rejim artıq bu məsələyə etiraf da edib.

Həmçinin yoxlayın

Uitekaf və Əraqçi Nyu-Yorkda danışıqlar aparıb

GADTB: ABŞ-ın xüsusi nümayəndəsi Stiv Uitekaf bildirib ki, çərşənbə axşamı, 22 sentyabr 2026-da BMT Baş …

Tramp: İranla bağlı böyük qərar verməliyəm – razılaşma, yoxsa İranın məhv edilməsi

GADTB: ABŞ Prezidenti Donald Tramp İranla bağlı çıxışında deyib: “Qarşıda böyük bir qərar verməliyəm. İranla …