Azərbaycanlı fəal Möhsün Möhsünzadə Ərdəbildə yaxalandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin məmurları azərbaycanlı fəal Möhsün Möhsünzadəni sentyabrın 21-i axşam saatlarında Ərdəbilin Ciral parkında yaxalayıblar.

Azərbaycanlı fəalın həbs edildiyi zaman döyüldüyü və ağır bədən xəsarətləri aldığı bildirilir.

Hələlik azərbaycanlı fəalın nədə ittiham edilməsi və vəziyyəti barədə məlumat verilmir.

Qeyd edək ki, Ərdəbildə etirazlar keçiriləndən sonra eyni gündə Meysəm Colani, Əsgər Əkbərzadə, Məhəmməd Colani, Səid Sadiqifərdə və s. fəallar həbs ediliblər.

Həmçinin yoxlayın

Abbas Lisani və Yusif Karı istintaqda iştirakdan imtina ediblər

GADTB: Azərbaycanlı milli fəallar Abbas Lisani və Yusif Karı istintaq prosesini “şou xarakterli, qeyri-hüquqi və …

Şərqi Azərbaycan vilayətində çox sayda işçi işsiz qalıb

GADTB: Son bir neçə həftə ərzində Şərqi Azərbaycan əyalətində istehsalat sahələrində çalışan daha 2 min …