Çərşənbə , Sentyabr 23 2026
azfa

Ərdəbildə divarlara etiraz şüarları yazıldı: Diktaturaya dözmə

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bir qrup azərbaycanlı fəal, Azərbaycan Türk Millətinin dinc etirazlarını irqçi fars rejimin qanla yatırmasına etiraz olaraq aksiya keçiriblər.

Onlar şəhərin müxtəlif yerlərində aksiyalara dəstək və rejimə etiraz şüarları yazıblar.

Sentyabrın 27-də azərbaycanlı fəallar şəhərin bir çox məhəllələrində divarlara şüarlar yazaraq, diktaturaya qarşı keçirilən etirazlara dəstək veriblər.

Ərdəbil divarlarına “Mən bütün vaxt etiraz edəcəyəm”, “Diktaturaya yox”, “Yalnız etirazçılar diridirlər”, “Güllədən istifadəyə qənaət edin” və başqa bu kimi şüarlar yazılıb.

Qeyd edək ki, Güney Azərbaycanın Təbriz, Ərdəbil, Urmiya, Zəncan, Kərəc, Qəzvin, Məlikan, Mərənd və s. şəhərlərində etirazıar keçirilib . İrqçi fars rejim dinc etirazçıları gülləboran edib.

Həmçinin yoxlayın

Tramp: İranla bağlı böyük qərar verməliyəm – razılaşma, yoxsa İranın məhv edilməsi

GADTB: ABŞ Prezidenti Donald Tramp İranla bağlı çıxışında deyib: “Qarşıda böyük bir qərar verməliyəm. İranla …

İran aviaşirkətlərinin Azərbaycana uçuşu dayandırıldı

GADTB: “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin yaydığı məlumata görə,  Azərbaycana uçuşlar həyata keçirən İran İslam …