Şənbə , May 18 2024
azfa

Azərbaycanlı xanım fəal Zeynəb Həmrəng 2 il həbsdən sonra azadlığa buraxılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı xanım fəal Zeynəb Həmrəng 2 il həbsdən sonra azadlığa buraxılıb

Tehranın “Evin” zindanında həbsdə saxlanılan azərbaycanlı müəllim və sinfi fəal Zeynəb Həmrəng şərti azadlığa buraxılıb. Həbs cəzasının 2 ilini çəkən Zeynəb Həmrəng ağır xəstəliyi səbəbindən sərbəst buraxılıb.

Zeynəb Həmrəng Güney Azərbaycanın Muğan bölgəsindəndir və 50 yaşlı var. O hazırda Tehranda yaşayır.

Müəllimlərin sinfi təşkilatında fəal üzvlərdən biri olan Zeynəb Həmrəng təhsil işçilərinin hüquqlarının qorunması tələbi ilə etiraz aksiyalarına qatıldığı üçün həbs edilmişdi.

Qeyd edək ki, Zeynəb Həmrəng Ərdəbil vilayətinin Muğan bölgəsindəndir. Onun 50 yaşı var və həbs olunana qədər Tehran şəhərində yaşayıb. Müəllimlərin həmkarlar ittifaqının fəal üzvlərdən olan Zeynəb Həmrəng təhsil işçilərinin hüquqlarını müdafiə etdiyi və etiraz aksiyalarına qatıldığı üçün İran rejimi tərəfindən həbs edilib.

Xanım fəal 2020-ci il sentyabrın 5-də Qərbi Azərbaycanın Xoy şəhərinə səfəri zamanı İranın ETTELAAT məmurları tərəfindən yaxalanıb.

Azərbaycanlı müəllim mədəni və sinfi fəaliyyətlərinə görə şərlənərək “ölkənin təhlükəsizliyinə qarşı aksiyaya toplaşmaq və əlbir olmaq” ittihamı ilə 5 il, “Sistemə qarşı təbliğat”  ittihamı ilə isə 1 il həbsə məhkum edilib.

Həmçinin yoxlayın

Molla rejimi Məlikkəndidə azərbaycanlı məhbusa 80 şallaq zərbəsi vurdu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Məlikkəndidə (Məlikan) azərbaycanlı məhbusa 80 …

Molla rejimi azərbaycanlı milli fəal İbrahim Rəşidini (Savalan) prokurorluğa çağırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi  azərbaycanlı yazıçı, jurnalist və fəal …