İran Ermənistana birgə hərbi təlimlər keçirməyi təklif edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran Ermənistana birgə hərbi təlimlər keçirməyi təklif edib. Bu barədə Ermənistan parlamentinin deputatı Anna Qriqoryan müzakirələr zamanı bildirib.

Onun sözlərinə görə, buna baxmayaraq, rəsmi İrəvan bu təklifi cavabsız qoyub: “İranla son iki il ərzində bir dənə də olsun hərbi təlim keçirilməyib”-deyə Qriqoryan vurğulayıb.

Deputat qeyd edib ki, bunun üçün heç müvafiq hüquqi baza da formalaşdırılmayıb: “Ermənstan hakimiyyətinin apardığı siyasət nəticəsində ölkəmiz geosiyasi toqquşmaların mərkəzinə çevrilə bilər”-deyə o, narazılıq edib. / Azad İran

Həmçinin yoxlayın

Beynəlxalq Jurnalistlər Federasiyası İranda mətbuat azadlığına qoyulan məhdudiyyətləri sərt şəkildə tənqid edib

GADTB: Təşkilatın yüz illik yubileyini qeyd etmək üçün Parisdə keçirilən Dünya Konqresində qəbul edilən və …

Türkiyənin müdafiə şirkəti PUA-lara qarşı hazırlanmış iriçaplı pulemyotların ixracına başlayıb

GADTB: Türkiyənin müdafiə şirkəti Samsun Yurt Savunma (SYS) helikopterlərdən pilotsuz uçuş aparatlarını (PUA) və dronları …