Molla rejimi azərbaycanlı fəal Əfşar Mohebbi məhkəməyə çağırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə,  irqçi fars-molla rejimi Ərdəbildə yaşayan azərbaycanlı milli fəal Əfşar Mohebbi oktyabrın 30-da məhkəməyə çağırıb.

Bununla bağlı rejimin Ərdəbildəki Prokurorluğunun 3-cü şöbəsinin sədri Hatif Qasımzadə qərar imzalayıb.

Rejim azərbaycanlı çilli fəala qarşı “İslam Respublikasına qarşı təbliğat fəaliyyəti” və “Məqsədli olaraq gərginlik yaratmaq üçün iranlı kimliyini təhqir etmək” ittihamları irəli sürülüb.

Eyni məhkəmə işində başqa müttəhim Həsən Kazimiyə isə bəraət verilib.

Qeyd edək ki, azərbaycanlı milli-mədəni fəal Əfşar Mohebb ötən ilin dekabrın 22-də rejimin Ərdəbildəki Ümumi və İnqilab Məhkəməsinin 3-cü şöbəsinin istintaq idarəsinə çağırıldıqdan sonra “Sistemə qarşı təbliğat aparmaqda” və “Hökumətə qarşı olan müxalif qrup və təşkilatların xeyrinə təbliğat fəaliyyəti”ndə ittiham olunduğu üçün rejimin Ərdəbildəki zindanına köçürülüb.

Mohebb bundan öncə 23 yanvar 2021-ci ildə iş yerindən çıxarkən molla rejiminin məmurları tərəfindən yaxalanaraq ETTELAAT İdarəsinin təcridxanasına aparılıb və orada dindirildikdən sonra təhdid edilərək sərbəst buraxılıb.

Həmçinin yoxlayın

Türkiyənin müdafiə şirkəti PUA-lara qarşı hazırlanmış iriçaplı pulemyotların ixracına başlayıb

GADTB: Türkiyənin müdafiə şirkəti Samsun Yurt Savunma (SYS) helikopterlərdən pilotsuz uçuş aparatlarını (PUA) və dronları …

İraq Türkiyədən hava hücumundan müdafiə sistemləri alır

GADTB: İraq neft yataqları və diplomatik nümayəndəlikləri qorumaq məqsədilə Türkiyədən 20 ədəd hava hücumundan müdafiə …