Molla rejimindən yalanına qismən etiraf; Rusiayay PUA satmışıq

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi dəfələrlə yalandan təkzib etməsindən sonra Rusiyaya PUA-lar satdığına etiraf etməyə məcbur qaldı.

İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyan Tehranın Rusiyaya PUA göndərdiyini etiraf edib.

Əmir-Abdullahiyan İranın Rusiyaya PUA göndərdiyinə və Ukraynaya qarşı müharibədə iştirak etdiyinə görə İrana qarşı beynəlxalq təhdidlərdən sonra,  dəfələrlə təkzib etməsinə baxmayaraq, PUA-ların Rusiyaya göndərildiyini etiraf edərək, deyib: “Biz Rusiyaya dronlar vermişik, ancaq Ukraynadakı savaşdan aylar öncə.  Rusiya ilə münasibətlərimiz qonşuluq və qarşılıqlı maraqlara əsaslanır. Bəzi ölkələrin İslam Respublikasının Ukraynadakı müharibəyə kömək etmək üçün Rusiyaya raket və dron verməsi ilə bağlı yaratdığı hay-küyə gəlincə, raket hissəsi tamamilə yanlışdır, lakin dron hissəsi doğrudur”.

Əmir-Abdullahiyan dronların Rusiyaya göndərildiyini təsdiqləyib, halbuki, indiyə qədər İslam Respublikasının bütün rəsmiləri bunun yalan olduğunu iddia edirdilər. Əslində bu etiraf özü də yalandır və cinayətkar molla rejiminin müharibədən öncə yox, son bir neçə ayda Rusiyaya PUA-lar göndərdiyi faktlarla sübut olunub.

Həmçinin yoxlayın

Sofiyandakı “Təknam Keyhan Polymer” zavodunda yanğın: ölənlərin sayı üç nəfərə çatdı

GADTB: Təknam Keyhan Polymer zavodunda baş verən güclü yanğın nəticəsində həyatını itirənlərin sayı üç nəfərə …

Ynet: İran rejiminin davranışında “rasional dəyişiklik” gözləmək yanlışdır

GADTB: Ynet qəzetində yayımlanan təhlildə baş redaktor Sur Plasker ABŞ prezidenti Donald Trump-a müraciətlə bildirib …