Molla rejimi həbs etdiyi azərbaycanlı milli fəal Mürtəza Pərvini Ərdəbildə zindana köçürdü

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi yaxaladığı azərbaycanlı milli fəal Mürtəza Pərvini dindirilmə mərhələsi bitdikdən sonra Ərdəbildə zindana köçürüb.

Molla rejimi azərbaycanlı fəalı şərləyərək, “Sistemə qarşı təbliğat, ictimai asayişi pozxma və ictimai rəyi təhrik etmək”də ittiham edib.

Qeyd edək ki, irqçi fars-molla rejimin məmurları noyabrın 3-ü səhər saatlarında Ərdəbil şəhərində yaşayan azərbaycanlı milli-mədəni fəal Mürtəza Pərvini bacısının evindən çıxarkən yaxalamışdılar.

ETTELAAT İdarəsinin məmurları bundan öncə oktyabrın 27-də heç bir məhkəmə qərarı olmadan azərbaycanlı milli fəal Mürtəza Pərvinin ata evində axtarış aparmışdılar.

Azərbaycanlı fəal özü evdə olmadığına görə, ona məxsus şəxsi əşyaları, o cümlədən kompüter və kitablarını müsadirə edərək özləri ilə aparmışdılar.

Azərbaycanlı fəal 44 günlük İkinci Qarabağ müharibəsi dövrü Azərbaycan ordusuna dəstək və İranın Ermənistana yardımlarına etiraz aksiyasında iştirak etdiyinə görə, Ərdəbilin Ciral parkında daha 12 nəfər azərbaycanlı fəalla birlikdə yaxalanmışdılar.

Həmçinin yoxlayın

Sayın Mikayil Oyta və Sara xanım Azərsun Sidneydə 23 Aprel – Türkiyənin Milli Suverenlik və Uşaq Bayramı Günü tədbirində-Foto

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün Avstraliyanın Sidney şəhərində Türkiyənin Milli Suverenlik …

Molla rejimi ana dilinə görə həbs etdiyi azərbaycanlı fəal Əsgər Fərəcinin son durumu

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi ana dilinə görə azərbaycanlı fəal …