Molla rejimi Təbriz Universitetinin 3 tələbəsini mitinqdə iştiraka görə universitetdən qovdu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Təbriz Universitetinin elektrik mühəndisliyi fakültəsinin tələbəsi Əli Keşvəri, fəlsəfə fakültəsinin tələbəsi Nima Seracian Təbrizi və metallurgiya fakültəsinin tələbəsi Arvin İbrahimini universitetdən xaric edib.

Rejimin məmurları ilk öncə azərbaycanlı tələbələri yaxalayıb və bir müddət sonra sərbəst buraxıb. Lakin Tələbələr universitetə qayıtdıqdan sonra isə onlara xaric edildikləri barədə məlumat verilib.

Adları çəkilən həmin şəxslərin tələbə kartları ləğv edilib və onların universitet rəsmiləri ilə görüşünə icazə verilməyib.

Qeyd edək ki, oktyabrın əvvəllərində Təbriz Universitetinin tələbələri həmin unioversitetin həyətində etiraz mitinqləri təşkil etdikləri zaman rejimin məmurları sərt şəkildə müdaxilə edib və etiraz mitinqini dağıtmağa çalışıb.

Həmçinin yoxlayın

Sofiyandakı “Təknam Keyhan Polymer” zavodunda yanğın: ölənlərin sayı üç nəfərə çatdı

GADTB: Təknam Keyhan Polymer zavodunda baş verən güclü yanğın nəticəsində həyatını itirənlərin sayı üç nəfərə …

Ynet: İran rejiminin davranışında “rasional dəyişiklik” gözləmək yanlışdır

GADTB: Ynet qəzetində yayımlanan təhlildə baş redaktor Sur Plasker ABŞ prezidenti Donald Trump-a müraciətlə bildirib …