Çərşənbə , Sentyabr 23 2026
azfa

Molla rejimi onlarla jurnalisti həbs edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi etiraz aksiyaları boyunca minlərlə dinc etirazçını həbs, yüzlərlə dinc etirazçını qətlə yetirməklə yanaşı, həmçinin çox sayda jurnalisti də həbs edib.

Bununla bağlı insan haqları təşkilatlarının verdiyi məlumata görə, İranda davam edən 110 günlük etiraz aksiyaları zamanı 73 jurnalist molla rejimi tərəfindən həbs edilib.

Həbs edilən mətbuat işçilərindən 38-i jurnalist, 25-i əyalət müxbirləri və 10 nəfəri isə fotojurnalistlərdir.

Tutulan jurnalistlər arasında İran hakimiyyətinə yaxın bir neçə media orqanının, o cümlədən “Şərq” qəzetinin əməkdaşlarının da adı var.

Bir neçə gün öncə Jurnalistləri Müdafiə Komitəsi bəyanat yayaraq Tehran rejiminin onlarla jurnalisi peşə fəaliyyətinə görə həbs etməsini pisləyib.

“Jurnalistlərin Müdafiəsi Komitəsi” illik hesabatında bildirib ki, İran jurnalistlərin ən çox həbs olunduğu ölkələr siyahısında birinci yeri tutur.

Həmçinin yoxlayın

Uitekaf və Əraqçi Nyu-Yorkda danışıqlar aparıb

GADTB: ABŞ-ın xüsusi nümayəndəsi Stiv Uitekaf bildirib ki, çərşənbə axşamı, 22 sentyabr 2026-da BMT Baş …

Tramp: İranla bağlı böyük qərar verməliyəm – razılaşma, yoxsa İranın məhv edilməsi

GADTB: ABŞ Prezidenti Donald Tramp İranla bağlı çıxışında deyib: “Qarşıda böyük bir qərar verməliyəm. İranla …