Şənbə , Sentyabr 26 2026
azfa

Molla rejimi daha bir jurnalist xanımı həbs edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi yanvarın 11-də jurnalist və öyrənci fəalı Nəsim Sultanbeygini həbs edilib.

Xanım jurnalist xaricə uçmaq üçün Tehran hava limanına getdikdən sonra rejimin məmurları tərəfindən tutularaq naməlum yerə aparılıb.

Nəsim Sultanbeyginin hansı səbəbdən həbs olunduğu və hara aparıldığı barədə məlumat verilmir.

Qeyd edək ki, insan haqları təşkilatlarının verdiyi məlumata görə, İranda davam edən etiraz aksiyaları zamanı 73 jurnalist həbs edilib. Həbs olunan media işçilərinin 38-i jurnalist, 25-i əyalət müxbiri və 10 nəfəri isə fotojurnalistdir. Onların bir neçəsi girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılsa da, 30 jurnalist hələ də həbsdə saxlanılır.

Həmçinin yoxlayın

Tramp İranın 7 günlük atəşkəs təklifini rədd edib

GADTB:  ABŞ prezidenti Donald Tramp Tehranın yeddi günlük atəşkəs təklifini rədd edib. Bu barədə “The …

Təbrizdə vəkil və qadın hüquqları fəalı Zəhra Nəqşinənin vəziyyəti barədə məlumat verilmir

GADTB: Şərqi Azərbaycan əyalətində vəkil Zəhra Nəqşinənin saxlanılmasından iki həftədən çox vaxt keçməsinə baxmayaraq, onun …