Çərşənbə , Sentyabr 23 2026
azfa

Qaşqay türkləri haqqında qiymətli tarixi kitab nəşr olunub

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qaşqay türklərinin tarixi ilə bağlı qiymətli tarixi əsər yenicə nəşr olunub.

Rəhman Əhmədinin müəllifi olduğu “Qədim Qaraça tayfasının tarixi” adlı kitab hazırda İran işağlında olan qaşqay türklərinin Qaraça tayfasının tarixi, mədəniyyəti, gələnəklərindən və onların tarixi torpaqlarında yerləşmə prosesindən, eləcədə bölgənin siyasi durumunda rollarından bəhs edir.

İranın İslami İrşad və Mədəniyyət Nazirliyi bir neçə il kitabın nəşrinə icaz verməsə də, qaşqay ziyalılarının müraciətləri və kitabda edilən dəyişikliklərdən sonra onun nəşri mümkün olub.

Qeyd edək ki, qdim Qaşqayyurd bölgəsi hazırda İran işağlındadır və parçalanaraq bir neçə əyalətə ilhaq edimişdir. Hazırda sayları 3 milyondan çox olan Qaşqay türkləri molla rejiminin zülmü altında öz milli varlıqlarını qorumağa çalışırlar. Onlar Azərbaycanın güney olan Həmədan və Ərakdan körfəzə qaədər ərazidə yaşayırlar.

Həmçinin yoxlayın

Uitekaf və Əraqçi Nyu-Yorkda danışıqlar aparıb

GADTB: ABŞ-ın xüsusi nümayəndəsi Stiv Uitekaf bildirib ki, çərşənbə axşamı, 22 sentyabr 2026-da BMT Baş …

Tramp: İranla bağlı böyük qərar verməliyəm – razılaşma, yoxsa İranın məhv edilməsi

GADTB: ABŞ Prezidenti Donald Tramp İranla bağlı çıxışında deyib: “Qarşıda böyük bir qərar verməliyəm. İranla …