Çərşənbə , Sentyabr 23 2026
azfa

Azərbaycanlı xanım fəal Səfiyyə Qarabaği bəraət alıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə,molla rejimi tərəfindən yaxalanana Zəngandan olan xanım fəal Səfiyyə Qarabaği bəraət alıb.

Zəngandakı İnqilab Məhkəməsinin 2-ci şöbəsinin çıxardığı qərara görə, qadın hüquqları müdafiəçisi və ictimai fəal Səfiyyə Qarabaği barəsində irəli sürülən ittihamlar ləğv edilib.

Molla rejimi azərbaycanlı xanım fəalı “Etiraz aksiyaları ilə bağlı məlumatlar yayaraq hökumətə qarşı təbliğat”da ittiham etmişdi.

Qeyd edək ki, azərbaycanlı fəal Səfiyə Qarabaği oktyabrın 1-də Zəngan şəhərində molla rejiminin ETTELAAT məmurları tərəfindən yaxalanmışdı.

Azərbaycanlı hüquq müdafiəçisi oktyabrın 8-də girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər azadlığa buraxılmışdı.

Azərbaycanlı fəal bundan öncə də insan haqları sahəsindəki fəaliyyətlərinə görə həbs və təzyiqlərlə qarşılaşımışdır.

Həmçinin yoxlayın

Tramp: İranla bağlı böyük qərar verməliyəm – razılaşma, yoxsa İranın məhv edilməsi

GADTB: ABŞ Prezidenti Donald Tramp İranla bağlı çıxışında deyib: “Qarşıda böyük bir qərar verməliyəm. İranla …

İran aviaşirkətlərinin Azərbaycana uçuşu dayandırıldı

GADTB: “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin yaydığı məlumata görə,  Azərbaycana uçuşlar həyata keçirən İran İslam …