Blinken: “İranın nüvə silahı əldə etməsinə mane olmaq üçün bütün variantlar, o cümlədən hərbi variant masa üzərindədir”

GADTB: ABŞ dövlət katibi Entoni Blinken “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində deyib ki, Vaşinqton İranın nüvə silahına yiyələnməsini qarşısını almaq üçün hərbi əməliyyatları istisna etmir.

Dövlət katibi bazar günü Yaxın Şərqə səfəri zamanı bildirib ki, İranla bağlı bütün variantlar nəzərdən keçirilir.

Hərb variantının olub-olmadığına dair suala cavabında, Blinken bunu istisna etməyib. “Bütün variantlar masanın üstündədir”, – o vurğulayıb.

Dövlət katibinin sözlərinə görə, İranın beynəlxalq nüvə sazişinə qayıtmaq şansı var idi, lakin bundan imtina etdi./ Azad İran

Həmçinin yoxlayın

Tramp İranın Hörmüz boğazının açılması təklifini rədd edib

GADTB: İran ABŞ-a Hörmüz boğazının açılması və blokadanın dayandırılmasını nəzərdə tutan təklif təqdim edib. Reuters-in …

Molla rejimi qoşaçaylı Yəqub Kərimipuru edam edib

GADTB: Hökumətə yaxın media orqanları Qoşaçay (Miyandab) sakini, türk əsilli və Goran məzhəbinə mənsub Yəqub …