Traxtur komandası oyununda “Sevinciniz sevincimiz, acınız acımız” banneri nümayiş etdirildi- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Traxtur komandasının tamaşaçıları dünən günortadan sonra komandanın Ərakın Alüminium komandası ilə oyununda Türkiyədə baş verən son zəlzələdə həlak olanlara başsağlığı verərək banner nümayiş etdiriblər.

Türkiyə bayrağının Ay-ulduz simvolu ilə birlikdə nümayiş olunan bannerin mətnində aşağıdakı mətn yazılmışdı:

Sevinciniz Sevincimizdir

Acınız acımızdır

Başın sağolsun Azerbaycan Türkiye

Qeyd edək ki, Türkiyədə 7,7 və 7,6 bal gücündə iki zəlzələ nəticəsində bir çox şəhər dağılıb və çox sayda insan həyatını itirib.

Həmçinin yoxlayın

Urmiyada 6 min bələdiyyə işçisi və əməkdaşının sığortası dayandırılıb

GADTB: Urmiya bələdiyyəsində çalışan təxminən 6 min işçi və əməkdaşın sığortasının dayandırılması onların və ailələrinin …

Zəncanda yenidən saxlanılan Leyla Cəfərlunun taleyindən məlumat yoxdur

GADTB: Zəncan şəhərindən olan azərbaycanlı gənc xanım Leyla Cəfərlunun yenidən saxlanılmasından bir neçə gün keçməsinə …