Cümə , Sentyabr 25 2026
azfa

Azərbaycanlı fəallar Muğanda Beynəlxalq Ana Dili Günü münasibətilə türkcə yüzlərlə kitab payladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bir qrup azərbaycanlı fəal 21 fevral- Beynəlxalq Ana Dili Günü münasibətilə Güney Azərbaycanın Muğan bölgəsinin Parsabad şəhərində Azərbaycan türkcəsində kitablar paylayıblar.

Fəallar azərbaycanlı uşaq və yeniyetmələrə yüzlərlə kitab paylayarkən, ana dilində təhsilin əhəmiyyəti barədə məlumat verib, kitab mütaliəsinə və təhsilə daha çox diqqət yetirilməsini çağırış edib, ana dilinin, Azərbaycan kimliyinin qorunub saxlanmasının vacibliyini vurğulayıblar.

Qeyd edək ki, hər il 21 fevral və 26 Azərlə bağlı Güney Azərbaycanın müxtəlif şəhərlərində uşaqlara türk dilində çap edilmiş kitablar paylamaqla irqçi fars rejimin türk dilini qadağan etməsinə etiraz edilir.

Həmçinin yoxlayın

Netanyahu: “İran hakimiyyəti öz xalqından qorxur”

Israel’s Prime Minister Benjamin Netanyahu attends the weekly cabinet meeting in Jerusalem on November 19, …

Şot bölgəsinin Xələc kəndində məktəbin yenidən tikintisi üç ildir başa çatmır

GADTB: Şot bölgəsinin Xələc kəndində məktəb binasının sökülməsindən təxminən üç il keçməsinə baxmayaraq, yenidənqurma işləri …