Bazar , Oktyabr 18 2026
azfa

Azərbaycanlı fəallar Şəbistərdə ana dili gününü qeyd etdillər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Şəbistər şəhərində azərbaycanlı milli-mədəni fəallar 21 Fevral Beynəlxalq Ana Dili Günü münasibətilə ana dili tədbiri keçiriblər.

Tədbirdə Azərbaycan türkcəsinin İrandakı durumu və mədəni fəaliyyətlər müzakirə olunaraq, Azərbaycan mahnıları ifa edilib.

Sonda Ana dili Gününü təbriklə bağlı banner nümayiş edirilib.

Qeyd edək ki, hər il 21 fevralla bağlı Güney Azərbaycanın müxtəlif şəhərlərində mərasimlər keçirilib, uşaqlara türk dilində çap edilmiş kitablar paylamaqla irqçi fars rejimin türk dilini qadağan etməsinə etiraz edilir.

Həmçinin yoxlayın

Rusiya və Çin İrana yardım etməklə ABŞ-ın müharibədə xərclərini artırmağa çalışıblar

GADTB: İran və ABŞ arasında müharibə artıq yalnız iki köhnə düşmənin qarşıdurması deyil. Raket hücumları …

Türkiyə orduya daha 80 ANKA-3 verəcək

GADTB: Türkiyə mediası məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri arsenalına daxil etmək üçün 80 ədəd …