Xudafərində məktəb binalarının yarısı aşınıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Xudafərin bölgəsində məktəb binalarının yarısı aşınıb.

Xudafərin şəhərinin qubernatoru Əliəkbər Nikunam mediaya müsahibədə bu barədə açıqlama verib.

Nikunam bölgə məktəblərin ən azı 40%-nın yararsız və qəzalı vəziyyətdə olduğunu bildirib və hakimiyyətin heç bir iş görmədiyini qeyd edib.

Nikunam başqa rəsmilər kimi problemin həllinin yerli xeyriyyəçilər hesabına həll edilməsi barədə təklif irəli sürüb.

Qeyd edək ki, irqçi fars-molla rejimi hər sahədə olduğu kimi məktəb binalarının yenilənməsində Güney Azərbaycana qarşı ayrıseçkilik nümayiş etdirir.

Həmçinin yoxlayın

Sofiyandakı “Təknam Keyhan Polymer” zavodunda yanğın: ölənlərin sayı üç nəfərə çatdı

GADTB: Təknam Keyhan Polymer zavodunda baş verən güclü yanğın nəticəsində həyatını itirənlərin sayı üç nəfərə …

Ynet: İran rejiminin davranışında “rasional dəyişiklik” gözləmək yanlışdır

GADTB: Ynet qəzetində yayımlanan təhlildə baş redaktor Sur Plasker ABŞ prezidenti Donald Trump-a müraciətlə bildirib …