Bazar ertəsi , May 4 2026
azfa

Azərbaycan: ”Ermənistan tərəfi bölgədə süni gərginlik yaratmağa çalışır”

GADTB: Azərbaycan Müdafiə Nazirliyi Ermənistan ordusunun Azərbaycan mövqelərini atəşə tutduğunu açıqlayıb və İrəvan administrasiyasının bölgədə süni gərginlik yaratmağa çalışdığını bəyan edib.

Nazirlikdən verilən məlumatda bildirilib ki, martın 8-i saat 21:30-dan martın 9-u saat 04:15-dək Azərbaycan Ordusunun Azərbaycan-Ermənistan şərti sərhədində və Qarabağ iqtisadi rayonunda yerləşən mövqeləri 23 dəfə atəşə tutulub. Azərbaycan Ordusunun bölmələri tərəfindən qeyd olunan bütün istiqamətlər üzrə adekvat cavab tədbirləri görülüb.

”Ermənistan silahlı qüvvələri mövqelərimizi sistematik atəşə tutmaqla Ordumuzu cavab atəşi açmağa təhrik edir və bununla da şərti sərhəddə fəaliyyət göstərən Avropa İttifaqının mülki missiyasının nümayəndələrində yanlış rəy formalaşdırmağa, eləcə də bölgədə süni gərginlik yaratmağa cəhd edir.Ermənistan tərəfindən törədilə biləcək təxribatlara və bunun nəticəsində baş verəcək insan tələfatına görə bütün məsuliyyət rəsmi İrəvanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”,-deyə Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumatda vurğulanıb.

Həmçinin yoxlayın

Tehranın danışıqlarda geri addım atdığı bildirilir: uranın zənginləşdirilməsinin dayandırılması və Hörmüzün açılması təklif edilib

GADTB: Yayılan məlumatlara görə, İran müharibənin başa çatdırılması üçün irəli sürdüyü yeni təklifdə uranın zənginləşdirilməsinin …

İran sahilləri yaxınlığında yük gəmisinə hücum edildiyi bildirilir

GADTB: Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları Təşkilatı bazar günü açıqlama yayaraq İran sahilləri yaxınlığında hərəkətdə …