Azərbaycanlı xanım Tahirə Becrəvani 18 ay müddətinə azadlıqdan məhrum edilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, 2019-cu ilin noyabr etirazlarının qurbanlarından Əli Fütuhinin həyat yoldaşı Tahirə Becrəvani Şəhryarda rejimin İnqilab Məhkəməsinin birinci şöbəsi tərəfindən 18 ay həbs cəzasına məhkum edilib.

Tahirə Becrəvani molla rejimi tərəfindən “rəhbərliyi təhqir etmək”də ittiham edilərək, ona qarşı irəli sürülən ittihamı sübut etmək üçün məhkəməyə “heç bir sənəd və sübut” təqdim edilməyib.

Tahirə Becrəvanininj məhkəmə işində baxılacaq məsələ odur ki, minlərlə məhbusun azadlığa çıxmasına səbəb olan “Amnistiya və ictimai cəzanın azaldılması” direktivinin verilməsinə baxmayaraq, nəinki azadlığa çıxmaq imkanı olmadı, hətta girov və müvəqqəti azadlığa buraxılma imkanı da ona verilmədi.

Qeyd edək ki, Tahirə Becrəvani 2019-cu ilin noyabr etirazlarında hökumət qüvvələri tərəfindən öldürülən Əli Fətuhinin həyat yoldaşıdır.

Azərbaycanlı xanım dekabrın 21-də Tehranın Qala Həsənxan bölgəsində özünün iş yerində rejimin  məmurları tərəfindən həbs edilmişdi.

Fəalın ailəsi aidiyyəti orqanlara müraciətlər etsələr də, onun harada saxlanıldığı və nədə ittiham olunduğu barədə məlumat ala bilməmişdilər.

Həmçinin yoxlayın

İranda siyasi fəallara məxsus əmlakların müsadirəsi davam edir

GADTB: İran məhkəmə sisteminin sözçüsü “vətən satqınlığı” və “düşmənlə əməkdaşlıq” ittihamları ilə ölkənin müxtəlif bölgələrində …

NYT: Hörmüz bağlandıqdan sonra Rusiya–İran ticarətində Xəzər dənizi əsas marşruta çevrilib

GADTB: “The New York Times” qəzeti mayın 9-da yayımladığı xəbərdə bildirib ki, Hörmüz boğazı bağlandıqdan …