Çərşənbə , İyul 29 2026
azfa

Molla rejimi öldürdüyü azərbaycanlı gəncin ailəsinə təzyiq göstərir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi öldürdüyü Azərbaycanın Qəzvin mahalından olan Cavad Heydərinin bacısı Fatimə Heydəriyə təzyiq göstərirlər.

Molla rejimi qardaşını qətlə yetirdiyi azərbaycanlı xanımı işdən çıxarıb.

Fatimə Heydəri bununla bağlı özünün sosial şəbəkə hesabında yazıb: “Bu qədər alçaq və rəzilsiniz. İşim bir yana, bütün həyatımı qardaşımın qısasını almaq üçün qurban verməyə hazıram”.

Qeyd edək ki, Cavad Heydəri sentyabrın 22-də Qəzvin şəhərində molla rejiminin məmurlarının açdığı atəş nəticəsində həyatını itirmişdi.

Molla rejimi azərbaycanlı gəncin ölüm səbəbini də saxtalaşdırmaq istəyib və məsələnin ictimailəşdirilməməsi üçün ailəsinə təzyiq etmişdir.

Eyni zamanda rejim bir neçə gün öncə ailənin başqa övladı- Cavad Heydərinin qardaşı Höccət Heydərini də həbs edilib və ailəyə yaxın 15 nəfər barədə cinayət işi açılıb.

Həmçinin yoxlayın

SEPAH terror təşkilatı İordaniyaya və Hörmüz boğazında üç neft tankerinə raket hücumu edib

GADTB: SEPAH terror təşkilatı bəyan edib ki, xəbərdarlıqlara baxmayaraq “təhlükəli və qeyri-qanuni marşrut” üzrə hərəkəti …

Maral 80 ildən sonra Qaradağ meşələrinə qayıtdı

GADTB: Azərbaycanın ən qiymətli və gözəl yerli maral növlərindən biri yenidən Şərqi Azərbaycan əyalətinin Qaradağ …