Şənbə , Sentyabr 12 2026
azfa

Azərbaycanlı siaysi məhbus Pərviz Siyabi zindandan məzuniyyətə buraxıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejiminin həbsetdiyi azərbaycanlı siaysi məhbus Pərviz Siyabi məzuniyyətə buraxılıb.

Azərbaycanlı siyasi məhbusun məzuniyyət müddəti 2 ay elan edilib. Eyni zamanda tibbi ekspertizanın 5 nəfərlik həkiminin rəyinə görə Pərviz Siyabi yaşı və xəstəliyi ilə bağlı həbsə dözümü olmayan şəxs kimi qiymətləndirilib. Lakin hələlik bu rəyi rejimin məhkəmə orqanı təsdiq etməyib. Bundan öcə 3 nəfərdən ibarət rejimin tibbi ekspertizası fəalın həbsə dözümünün olmamasını rədd etmişdi.

Qeyd edək ki, azərbaycanlı fəal Pərviz Siyabi Gürcani 2021-ci il iyulun 25-də molla rejiminin məmurları tərəfindən yaxalanmışı. 

Azərbaycanlı fəal 5 avqustda dindirilmə müddəti bitdikdən sonra ETTELAAT İdarəsinin təcridxanasında Ərdəbil zindanına köçürülüb və 29 avqust tarixində 250 milyon tümənlik girov qarşılığında məhkəməyə qədər zaminə buraxılmışdı.

Həmçinin yoxlayın

İraq İranla bir neçə sərhəd-keçid məntəqəsini bağlayıb, bu ölkəyə uçuşları dayandırıb

GADTB: IraqiNews xəbər verib ki, İraq hökuməti ölkə ərazisindən Səudiyyə Ərəbistanına həyata keçirilən dron hücumundan …

Çinin peyk görüntüləri İran İslam Respublikasının İordaniyadakı ölümcül hücumuna kömək edib

GADTB: “The Wall Street Journal” ABŞ rəsmilərinə istinadən məlumat yayıb ki, İran İslam Respublikası İordaniyada …