Bazar ertəsi , Sentyabr 21 2026
azfa

İranlı ekspert Azərbaycanın Təbrizdəki Baş Konsulluğunu “Şeytan yuvası” adlandırdı

GADTB: Məlumat verdiyimiz kimi, dünən İran hökuməti Azərbaycanın Təbrizdəki Baş Konsulluğun qarşısında etiraz aksiyası təşkil edib.

Aksiya iştirakçıları Azərbaycanın İsraildəki səfirliyinin fəaliyyətə başlamasına etiraz ediblər. Onlar Təbrizdəki konsulluğun dərhal bağlanmasını tələb edirlər.

Burada diqqət çəkən maraqlı məqam, aksiyanı təşkil edən SEPAH-ın azyaşlı uşaqlardan siyasi alət kimi istifadə etməsi olub, belə ki, konsulluğun qarşısına gətirilən insanların əksəriyyəti uşaqlar olub.

Aksiyaya münasibət bildirən İranın qatı anti-Azərbaycan media fəalı Reza Abbasi özünün Tvitter hesabında Konsulluğun qarşısında keçirilən aksiyadan foto paylaşaraq Azərbaycanın diplomatik nümayəndəliyini qərəzli şəkildə “şeytan yuvası” adlandıraraq yazıb: “Şeytan yuvasını bağlayın…”. / Azad İran

Həmçinin yoxlayın

Tehranda qadınlar marafonuna görə cinayət işi açılıb

GADTB: Tehranda qadınlar arasında qaçış yarışının keçirilməsindən sonra Tehran Prokurorluğu bu tədbirin təşkilatçıları və məsul …

Molla rejimin Ermənistandakı səfiri Zəngəzur dəhlizinə qarşı olduqlarını deyir

GADTB: İranın Ermənistandakı səfiri Xəlil Şirqulami bu dəfə ABŞ-ı bəhanə edərək, ABŞ-nin İran sərhədləri yaxınlığında …