Türkiyə “KızılElma” döyüş təyyarəsi dördüncü dəfə səmaya qaldırdı – Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə “KızılElma” PUA-sı dördüncü dəfə səmaya qaldırıb.

Türkiyənin “Baykar” şirkəti “KızılElma” insansız döyüş təyyarəsinin dördüncü uçuşunu həyata keçirib.

Pilotsuz qırıcı Tekirdağın Çorlu şəhərindəki sınaq mərkəzindən havaya qalxıb.

Bildirilir ki, təyyarənin dördüncü uçuşu da uğurlu alınıb və bütün tapşırıqları yerinə yetirib.

 Bu günə qədər iki prototipi yaradılan “KızılElma”nın inkişaf və istehsal fəaliyyətləri davam edir. Milli pilotsuz döyüş təyyarəsinin 2024-cü ildə kütləvi istehsalına başlanılması hədəflənir.

“Baykar” şirkətinin öz imkanları ilə istehsal etdiyi “KızılElma” insansız döyüş təyyarəsinin yaradılmasına 2021-ci ildə başlanıb. Ötən ilin noyabr ayında uçuş-enmə zolağında sınaqlara başlayan təyyarə ilk uçuşunu dekabr ayının 14-də həyata keçirib.

6 ton uçuş çəkisinə malik olacaq pilotsuz təyyarə Türkiyə istehsalı bütün döyüş sursatlarını daşıya biləcək. “KılzılElma”nın 1500 kiloqram faydalı yük (sursat və radarlar) daşıması planlaşdırılır. Pilotsuz döyüş təyyarəsinin Türkiyə şirkətləri tərəfindən inşa edilən “TCG Anadolu” gəmisində əməliyyatlar icra edəcəyi nəzədə tutulub. Uçuş aparatının mühərrikləri Ukraynanın “İvçenko-Progress” şirkəti tərəfindən istehsal edilib.

Qeyd edək ki, insansız döyüş təyyarələri ənənəvi pilotsuz uçuş aparatlarından (PUA) fərqlidir. Belə ki, insansız qırıcılar hava hədəflərini məhv edə, daha ağır silahlar daşıya bilir. Türkiyə bu təyyarəni istehsal edən azsaylı ölkələrdən biridir.

Həmçinin yoxlayın

Urmiya gölünün su payı dövlətin laqeydliyi üzündən oğurlanır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin laqeydliyi və nəzarət etmədiyi üçün …

Türkiyənin müdafiə naziri: “İran PKK terrorçuları üçün təhlükəsiz sığınacaga çevrilib”

GADTB: Türkiyənin Milli Müdafiə naziri Yaşar Gülər ​​bölgədə terrorla mübarizə ilə bağlı çıxışında İranın PKK …