Bazar ertəsi , May 20 2024
azfa

Brüsseldə Azərbaycan prezidentinin iştirakı ilə üçtərəfli görüş başlayıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, mayın 14-də Brüsseldə işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyan və Avropa Birliyi Şurasının Prezidenti Şarl Mişel ilə üçtərəfli görüşü başlayıb.

Azərbaycan Prezidenti İlham Əliyev və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel arasında mayın 14-də Brüsseldə keçirilən görüşdə Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına xidmət edən Brüssel formatının bərpasından məmnunluq ifadə olunub.

Görüşdə dövlət başçısı Brüsselə səfərə dəvətə görə Avropa İttifaqı Şurasının Prezidentinə təşəkkürünü bildirib.

Hər iki tərəf Azərbaycan və Ermənistan münasibətlərinin normallaşdırılması prosesinin Brüssel formatının bərpası ilə bağlı məmnunluqlarını ifadə ediblər. Prezident İlham Əliyev Şarl Mişelə bu istiqamətdə göstərdiyi səylərə görə minnətdarlığını bildirib.

Söhbət zamanı son aylar ərzində Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı baş verən hadisələr, Vaşinqton danışıqları, Azərbaycan-Ermənistan sərhədində vəziyyət, habelə bu gün Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə keçiriləcək üçtərəfli görüşün gündəliyi müzakirə olunub.

Həmçinin yoxlayın

Molla rejimi ana dilinə görə həbs etdiyi azərbaycanlı fəalı indi də sürgünə göndərdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi ana dilinə görə həbs etdiyi …

Yerli əhalinin kürd terrorçuların təhrif etdiyi Azərbaycan kənd adlarını qaytarmq üçün mübarizə davam edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Salmas bölgəsində İran rejimi və kürd …