Şənbə , Oktyabr 17 2026
azfa

Böyük yeddilik İrana güvənmir: “Maliyyə əməliyyatları risklidir”

GADTB: “İran və Şimali Koreyanın hərəkətlərinin yaratdığı təhlükələr narahatlıq doğurur. İranın hər hansı bir digər dövlətlərlə maliyyə sövdələşməsinə girməsi həmin ölkələri də riskə atacaq”, – bunu G7 qrupuna daxil olan yeddi inkişaf etmiş və sənayeləşmiş ölkənin maliyyə nazirlərinin və mərkəzi banklarının rəhbərlərinin yaydığı bəyanatda bildirilir.

Hesabatda o, da bildirilib ki, son iki ildə İran prezidenti İbrahim Rəisi “Çirkli pulların yuyulması üzrə Xüsusi maliyyə fəaliyyəti qrupu”na qoşulmağa cəhd göstərməyib.

Qeyd edək ki, toplantı Yaponiyanın Niiqata şəhərində keçirilib.

 “Çirkli pulların yuyulması üzrə Xüsusi maliyyə fəaliyyəti qrupu”(FATF) beynəlxalq maliyyə sisteminin bütövlüyünün qorunmasında mühüm rola malikdir.

İranın əvvəlki hökuməti dövründə FATF-a qoşulması, İranın bu qrupda qara siyahıya düşməməsi üçün oranın hökuməti ilə uzun müzakirələr aparılsa da, İran parlamentini idarə edən fundamentalistlərin güclü müqaviməti nəticəsində buna nail olunmayıb.

Bəzi fundamentalistlər İranın bu pakta qoşulmasının regiondakı müttəfiqlərini dəstəkləmək əlini məhdudlaşdıracağından narahat olduqlarını açıq şəkildə ifadə etmişdilər” – məlumatda deyilir.

Hesabatda o, da bildirilib ki, son iki ildə İran prezidenti İbrahim Rəisi “Çirkli pulların yuyulması üzrə Xüsusi maliyyə fəaliyyəti qrupu”na qoşulmağa cəhd göstərməyib.

Həmçinin yoxlayın

Ermənistan Azərbaycanla enerji əməkdaşlığını nəzərdən keçirir

GADTB: Ermənistan Azərbaycanla enerji sahəsində əməkdaşlığı inkişaf etdirmək niyyətindədir. Bunu Rusiya Enerji Həftəsi çərçivəsində ““3+3” …

Molla rejimin əlaltıları Azərbaycana qarşı aksiya keçirdilər

GADTB: Dünən molla rejimin əlaltıları Azərbaycanın Təbrizdəki Baş konsulluğunun binasının qarşısında Azərbaycanda vahid məktəb geyimi …