Cümə axşamı , İyul 30 2026
azfa

Molla rejimi Təbrizdə 7 etirazçıya qarşı həbs qərarı verdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejiminə qarşı etirazlarda yaxallanmış 7 nəfər Təbrizdə mühakimə edib.

Etirazçılar Pejman İslami və Bağır Taci Əhmədi Fərd 5 il Həmədanda sürnüdə həbs cəzasına, Mehdi Fənai, Əmir Əhmədian, Əlirza Şirdel və Ümid Abulla Beygi isə hər biri 2 il həbsə məhkum ediliblər.

Molla rejimi həmin etirazçılara qarşı ilkin məhkəmədə “müharibə” ittihamı irəli sürmüşdü. Yaxalananlardan Ənuş Adəmiyə isə bəraət verilib.

Qeyd edək ki, həmin 7 nəfər ötən il İran rejiminə qarşı başlanmış etirazlarda iştirak edib,  22 sentyabr-14 noyabr aralığında yaxalanmışdılar.

İlkin istintaq bitdikdən sonra ETTELAT təcridxanasından rejimin Təbrizdə yerləşən zindanına köçürülmüşlər.

Müttəhimlərə vəkillə təmin imkanı verilmədən ötən il Təbrizdəki etirazlarda “ümumi əmlakın yandırılması”, “rəhbərə xəyanət” və “etirazlara başçılıq” ittihamı ilə məhkum olunublar.

Onlara qarşı həmçinin “əlbir olub toplaşma, ölkənin təhlükəsizliyini pozmaq məqsədi ilə “Çahar Rah Şəhnaz” vatsap qurupunda üzvlük, ümumi intizamı pozma, Əli Xameneyiyə və Ruhulla Xomeyniyə xəyanət” ittihamları da elan olunub.

Həmçinin yoxlayın

Siyamək Mirzayinin həbs müddəti uzadılıb; girov qarşılığında azadlığa buraxılacağı ilə bağlı vəd yerinə yetirilməyib

GADTB: Siyamək Mirzayinin ailəsinə yaxın mənbələrdən daxil olan məlumata görə, azərbaycanlı fəal barəsində bir aylıq …

SEPAH xüsusi təyinatlı qüvvələri İranın qərb sərhədlərinə göndərib

GADTB: SEPAH-a bağlı media hesabı X sosial şəbəkəsində yayımladığı məlumatda bildirib ki, İraq ərazisindən silahlı …