Cümə axşamı , May 7 2026
azfa

Molla rejimi azərbaycanlı milli fəalları mühakimə edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimi 5 nəfər azərbaycanlı milli fəalı Təbrizdə yerləşən Ümumi və İnqilab Məhləməsinin 15-ci şöbəsində mühakimə edib.

Rejimi azərbaycanlı fəallar Davud Şiri, Cavad Əhmədzadə, Əlirza Səbri, Məhəmmədəli Rzayi və Hüseyn Amaniyə qarşı “hökumət əleyhinə təbliğat” və “toplaşmaq və əlbir olmaq” ittihamları irəli sürüb.

Keçirilən məhkəmə iclasında onlar birinci ittiham görə bəraət alıb və ikinci ittihama görə özlərini müdafiə ediblər.

Azərbaycanlı fəalların barəsində çıxarılan qərarın yaxın günlərdə onlara bildiriləcəyi deyilib.

Qeyd edək ki, Hüseyn Amani, Əlirza Səbri, Cavad Əhmədzadə və Davud Şiri may ayının 18-də rejimin məmurları tərəfindən yaxalanmışdılar.

Onlar bir neçə gün dindirildikdən sonra girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılmışdılar.

Həmçinin yoxlayın

İraq Türkiyədən hava hücumundan müdafiə sistemləri alır

GADTB: İraq neft yataqları və diplomatik nümayəndəlikləri qorumaq məqsədilə Türkiyədən 20 ədəd hava hücumundan müdafiə …

Hörmüz boğazında iki minə yaxın gəmi ilişib

GADTB: CNN telekanalı xəbər verib ki, Hörmüz boğazında vəziyyət kritik həddə çatıb və bölgədə təxminən …