İranın “Sazəndegi” qəzeti Azərbaycan türkləri və türkcəni təhqir edib

GADTB: irqçi fars-molla rejiminin “Sazəndegi” qəzeti Azərbaycan türkləri və türkcəni təhqir edib.

 “Şahnaməşünas” kimi tanınan Cavad Rəncbər Derəxşilər adlı üzdəniraq yazıçı qələmə aldığı bu yazıda Türk Dili Akademiyasının yaradılması məsələsini pisləyərək deyir: “Ara-sıra Türk Dili Akademiyasının yaradılmasından söhbət açılır. Bu, iransevərləri narahat edir və bəzi anti-İran dairələr bunu alqışlayır”.

Faşist düşüncəli müəllif dəfələrlə türk dilinin məhəlli dil olduğunu bildirməklə bu dili aşağılayaraq yazır: “Milli fars dilli İran xalqının içərisində məhəlli dillərdən biri olan türk dili üçün siyasi qurumun yaradılması hansı məna kəsb edə bilər?”

Paniranist və faşist düşüncəli müəllif Türk Dili Akademiyasını qurmaq istəyənləri təhqir edərək  onları cahil adlandırıb:

“Türk Dili Akademiyasının yaradılmasının heç bir intellektual, tarixi və siyasi əsası yoxdur.  Bu qurumun vəzifələri haqqında deyilənlərin hamısı etibarsızdır, məlumatsızlıqdan və ya eqoizmdən irəli gəlir”.

Həmçinin yoxlayın

Türkiyənin müdafiə şirkəti PUA-lara qarşı hazırlanmış iriçaplı pulemyotların ixracına başlayıb

GADTB: Türkiyənin müdafiə şirkəti Samsun Yurt Savunma (SYS) helikopterlərdən pilotsuz uçuş aparatlarını (PUA) və dronları …

İraq Türkiyədən hava hücumundan müdafiə sistemləri alır

GADTB: İraq neft yataqları və diplomatik nümayəndəlikləri qorumaq məqsədilə Türkiyədən 20 ədəd hava hücumundan müdafiə …