Molla rejimi azərbaycanlı milli fəalların ailələrini təhdid edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin  ETTELAAT İdarəsinin əməkdaşları Güney Azərbaycanın müxtəlif bölgələrində olan milli fəalların ailələrinə təhdid zəngləri ediblər.

Təbriz, Ərdəbil, Urmiya, Xiyav, Marağa, Tehran və digər şəhərlərində rejimin ETTELAAT İdarələri azərbaycanlı milli fəallara zəng edərək, onlardan bir sıra sualları cavablandırmaq üçün aidiyyəti idarələrə gəlmələrini tələb edilib, lakin onlar bu tələblə razılaşmadıqdan sonra sözügedən idarə milli fəalların ailələri ilə telefon əlaqəsi saxlayıblar. ETTELAAT əməkdaşları onların idarələrə gəlməyəcəkləri təqdirdə barələrində ölçü götürüləcəyini bildiriblər.

Qeyd edək ki, son günlərdə milli fəallar Tohid Əmirəmini, Yusif Kari, Fərşid Piçqanlı, Mehrdad Şeyxi və başqalarına zəng vuraraq hədələyiblər.

Həmçinin yoxlayın

Molla rejimi Ukrayna diplomatını İran Xarici İşlər Nazirliyinə çağırdı

GADTB: İran Xarici İşlər Nazirliyi Ukraynanın Tehrandakı müvəqqəti işlər vəkilini nazirliyə çağırıb. Görüş Ukrayna ordusunun …

Rusiya İrana ABŞ bazalarına hücum üçün peyk görüntüləri verir

GADTB: Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, ölkəsinin kəşfiyyat xidmətlərinə Rusiyanın İrana göstərdiyi yeni dəstəklə …