
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, tezliklə Türkiyə Aralıq dənizi hövzəsində güc mərkəzinə çevriləcək.
Liviya vahid dövlət modeli fonunda Türkiyə ilə iqtisadi və mədəni ittifaq qurmağı hədəfləyir.
Xatırladaq ki, bir neçə gün öncə Liviyanın Tripoli şəhərinin şərqində yerləşən Əl-Xums limanının Türkiyə tərəfindən 99 il müddətinə icarəyə götürülməsi ilə bağlı məlumat yayılıb.
Hər iki dövlətin rəsmiləri bu məlumatı artıq təsdiq ediblər.
Türkiyə və Liviya hökuməti Aralıq dənizindəki Əl-Xums limanını 99 il müddətinə Ankaraya təhvil vermək barədə razılığa gəliblər.
Bəzi ekspertlərin sözlərinə görə, Tripolinin bu qərarı bölgədəki güc balansını dəyişəcək və Türkiyənin Aralıq dənizində hərbi varlığını artıracaq.
Türkiyə həmçinin Aralıq dənizinin bu hissəsində naviqasiya təhlükəsizliyini təmin etmək və regionda maraqlarını qorumaq üçün strateji qala yaratmaq niyyətindədir.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi