
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Güney Azərbaycanı su böhranı ilə qarşı-qarşıya qoyub.
Molla rejiminin on illərlə yaramaz siyasətləri nəticəsində Güney Azərbaycanın bölgələri, şəhərlərindən tutmuş kəndlərinədək, su böhranı ilə qarşı-qarşıya qalıb..
Güney Azərbaycanın əksər bölgələri, o cümlədən Zəngan Əyalətinin Əbhər və Hidəc şəhərlərində dəfələrlə su təzyiqi enib və Qəzvin şəhərinin müxtəlif məhəllələrində suyun kəsilməsi əhalinin gündəlik həyatını iflic edib.
Eyni zamanda Qərbi Azərbaycanın Bəykəndi (Bukan) rayounu Türkəmən-kəndi kəndində, həmçinin Xiyavda (Meşginşəhr şəhəri) suyun ardıcıl kəsilməsi və gündəlik 1 saat su təmini müşahidə olunub.
Xumarlu kəndində bir neçə gün müddətinə su kəsintisi olub. Belə bir vəziyyət Şərqi Azərbaycanın Zunuz və Kəleybər şəhərlərində təkrarlanır. Muğanda əkinçilər bir neçə günlük su kəsintisi ilə qarşılaşıb.
Lakin su çatışmazlığı problemi Urmiya gölü bölgəsində daha da ağırdır. Dolama, Quluncu, Cəbəlkəndi, Təzəkənd və sair kəndlərdə su böhranı yaşanır. Hətta bir neçə kənddə su içiləsi deyil və xəstəlik törədicidir.
Bununla yanaşı molla rejimi Urmiya gölünün qurdulmasaından da əl çəkmir.
Eksperlərin bu barədə fikrincə Güney Azərbaycanın qərb bölgəsində su böharanının həllinə faktiki tədbirlər görülməsə bu böhranın qaldırılması artıq mümkün olmayacaq.
Rejimi bu işləri Azərbaycan əhalisinin köç etmələrinə və nəticədə Güney Azərbaycan coğrafiyasının boşlamasına gətirib çıxaracaq. İran dövləti tərəfindən bölgədə infrastrukturların yaradılmaması, yaramazlığı və düzgün idarəçiliyin tətbiq etmədiyinə görə həmin şəhərlər, kəndlər və daha da çox bölgələr su çatışmazlığı ilə qarşılaşır.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi