Bazar , Sentyabr 20 2026
azfa

İran Atom Enerjisi üzrə Beynəlxalq Ajansın suallarına cavab vermir

GADTB: İsveçin Beynəlxalq Münasibətlər İnstitutunda çıxış edən Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin rəhbəri Rafael Qrossi İranın nüvə proqramı haqda deyib:

– İranın nüvə proqramı barədə işlərin yaxşı getdiyini deyə bilmək mərhələsinə hələ çatmamışıq.

– Tərəflər (İran, ABŞ və Avropa ölklələri) İranın nüvə proqramı barədə Birgə Hərtərəfli Fəaliyyət Proqramının çürüdüyünü deməsələr də, artıq bu sazişdən quru bir qabıq qalıb. 

– İranın nüvə fəaliyyəti narahatlıq doğurur. İran hələ də uranı 60 faiz zənginləşdirir. Yanvar ayında götürdüyümüz nümunələrdə hətta 84 faiz zənginləşdirmə müşahidə etmişik.

– Hərbi məqsədli istifadə dərəcəsi isə 90 faiz zənginləşdirmədir. İran bir neçə nüvə bombası üçün yetərli uran yığıb. Lakin bu, nüvə silahına malik olmaq anlamına gəlmir. İran hələ də Agentliyin suallarına aydınlıq gətirməyib”. / Azad İran

Həmçinin yoxlayın

Xiyavda üzüm festivalı misli görünməmiş maraqla qarşılanıb – Video

GADTB: Xiyavda keçirilən Üzüm Festivalı şəhər sakinləri və tədbirə maraq göstərənlərin geniş iştirakı ilə baş …

Netanyahu: Yaxın Şərqi dəyişdirdik, missiyamızı tamamlayacağıq

Israel’s Prime Minister Benjamin Netanyahu attends the weekly cabinet meeting in Jerusalem on November 19, …