Bazar , Sentyabr 20 2026
azfa

Molla rejimi illərdir casuslarını hakim cildində beynəlxalq yarışlara göndərirmiş

GADTB: “İran Wire” saytı dünən İran hökumətinin illərdir ki, öz agentlərini idman hakimi adı altında xarici ölkələrdə keçirilən beynəlxalq boks yarışlarına göndərdiyini ifşa edib.

Hakim qiyafəsində göndərilən şəxslərdən biri Ərak şəhər prokurorunun müavini Əbülfəzl Amiri Şəhrabi, eləcə də İran Silahlı Qüvvələrinin Baş Qərargahının Təhlükəsizlik Şöbəsinin üzvü Məcid Abbaszadə olub.

Məlumata görə, onlar ötən illər ərzində Asiya, Avropa və Amerikada keçirilən boks yarışlarında beynəlxalq hakim qismində çıxış ediblər.

Xatırladaq ki, Əbülfəzl Amiri Şəhrabi sosial şəbəkədə “İslam peyğəmbərini və dini müqəddəsləri təhqir etmək” ittihamı ilə iki nəfərin edamına səbəb olub.

Məcid Abbaszadə isə cari ilin aprel ayında Tehran Boks heyətinin sədri seçilib. Lakin İran mediası onun təhlükəsizlik orqanının əməkdaşı olması barədə məlumat verməyib./ Azad İran

Həmçinin yoxlayın

Azərbaycanlı idmanşı qız Eylin Zamani çempion oldu- Video

GADTB: Cənubi Azərbaycanın Təbriz şəhərindən olan idmançı qız Eylin Zamani böyük güclə meydana çıxaraq mübarizə …

Əhərdə Şeyx Şəhabəddin Əhəri tarixi türbəsinin ərazisində yeni tikinti türbəyə zərər yetirir

GADTB: Əhər rayonunda yerləşən Şeyx Şəhabəddin Əhəri türbəsinin ərazisində yeni tikinti işlərinin aparıldığını əks etdirən …