Bazar ertəsi , İyul 27 2026
azfa

Fars mollaları yenidən erməni xristianlarının mənafeyini özlərinin qırmızı xətti adlandırır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejiminin rəsmiləri müsəlman Azərbaycana qarşı erməni xristianlarının mənafeyini özlərinin qırmızı xətti adlandırırlar.

Molla rejiminin prezidenti İbrahim Rəisi Paşinyanla telefon danışığında deyib ki, “İstənilən geosiyasi dəyişiklik və regional sərhədlər bizim qırmızı xəttimizdir”

İran Prezidentinun Administrasiyasının siyasi məsələlər şöbəsinin müdiri Məhəmməd Cəmşidi isə “X” sosial şəbəkəsində İbrahim Rəisi və Ermənistanın baş naziri Nikol Paşinyan arasında baş tutan telefon danışığında İran prezidentinin sözlərindən sitat gətirib:

– Bölgədə və sərhədlərdə hər hansı dəyişiklik İslam Respublikasının qırmızı xətləridir;

– “3+3” platforması ilə yanaşı, yad qüvvələrlə əməkdaşlıq, onlarla birgə hərbi təlimlər keçirmək və şübhəli səfərlər etmək vəziyyəti daha da çətinləşdirir;

– İran bu problemin həllində Qafqazda hər iki tərəfə kömək etməyə hazırdır”.

Həmçinin yoxlayın

Azərbaycan İranın iki media qurumunun fəaliyyətini qanunsuz elan edib

GADTB: Azərbaycan Media İnkişaf Agentliyi (MEDİA) İranın “Səhər” telekanalı və “Mehr” xəbər agentliyinin Azərbaycandakı fəaliyyətinin …

Təbrizin Motojen Şirkətinin işçilərinin tətili beşinci gündür davam edir

GADTB: Təbrizdə fəaliyyət göstərən Motojen şirkətinin işçiləri beşinci gündür tətil aksiyasını davam etdirirlər. İşçilərin sözlərinə …