Çərşənbə axşamı , Sentyabr 22 2026
azfa

Molla rejimi Urmiya gölünü qurutduğu kimi Təbriz xalça sənayesini də məhv edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Urmiya gölünü qurutduğu kimi Təbriz xalça sənayesini də məhv edir.

Təbriz xalçası sahəsi üzrə mütəxəssis bu şəhərin küçələrində Təbrizin “xalçaların dünya paytaxtı” olmasından heç bir əsər-əlamət tapılmadığına işarə edərək deyib:

“Təbrizdə xalça satıcıları iş yerlərini dəyişirlər və xüsusən də örtülü bazarda. Təbrizin köhnə dükanları yeni məhsullara keçir. Biz hind xalçası ilə bağlı öz mövqeyimizi açıq şəkildə vermişik.

Təbriz xalçası keyfiyyət və bədii dəyər baxımından Hindistandakı ucuz xalçalarla müqayisə oluna bilməz. Sanksiyalar səbəbi ilə xalça ixracatı 35% azalıb.

 Şərqi Azərbaycanın parlamentdəki nümayəndələri niyə xalçaçıların sığortası ilə bağlı addım atmırlar? İranın xarici səfirlikləri ticarət və iqtisadi sistem də fəaliyyətsizdir”.

Həmçinin yoxlayın

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin “Media Türk TV”-də çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) başqanı sayın …

Təbrizdə Telekommunikasiya şirkətinin təqaüdçüləri yenidən toplaşdı – gecikmiş tələblərə və sosial problemlərə etiraz-Video

GADTB: 1405-ci il Şəhrivər ayının 30-da, bazar ertəsi günü Təbrizdə Telekommunikasiya Şirkətinin bir qrup təqaüdçüsü …