Molla rejimin bəbs etdiyi azərbaycanlı fəalın vəziyyəti pisləşib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimin Təbrizdə həbs etdiyi və ötən ay cərrahiyə əməliyyatı keçirən idmançı (boksçu) Kərim İsmayılzadənin vəziyyəti ağırlaşıb. Əməliyyatdan sonra yaxalanan azərbaycanlı fəal yaxalanıb və hazırda mədəsində qanaxma baş verib.

Təbriz həbsxanasının məsul şəxsləri idmançının ailəsinin ona dərman göndərməsinə mane olmaqla yanaşı, eləcə də həbsxana həkiminin milli fəala dərman yazmasının qarşısını alıblar.

Azərbaycanlı fəal və idmançının səhhətinin pisləşməsinə əhəmiyyət verilməməsi nəticəsində onun çəkisi kəskin azalıb və tənəffüs problemləri yaranıb.

Həmçinin yoxlayın

Molla rejimi adi şəxslərin əmlakını müsadirə etməyə davam edir

GADTB: İranda Tehran Prokurorluğu tərəfindən 250 nəfərin əmlakı müsadirə olunub. Bu barədə İRNA agentliyi məlumat …

Tramp: İranın cavabının qəbul edilməyəcəyini və raket potensialının məhv ediləcəyini bildirdi

GADTB: ABŞ prezidenti Donald Tramp İranın münaqişəyə son qoymaq üçün təqdim etdiyi cavabın Vaşinqton tərəfindən …