Bazar ertəsi , İyun 29 2026
azfa

İrqçi fars-molla rejimi azərbaycanlı milli fəalları məhkəməyə çağırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi azərbaycanlı fəallar İbrahim Asimani və Yunis Quluzadəni məhkəməyə çağırıb.

Bununla bağlı azərbaycanlı fəala çağırış məktubu göndərilib.

Məhkəmənin elektron sistemi vasitəsilə göndərilən çağırışda azərbaycanlı fəallardan sentyabrın 27-də Təbrizin İnqilab Məhkəməsinin 15-ci şöbəsində olmaları istənilib.

Onlara qarşı “vəzifə səlahiyyətlərini yerinə yetirərən polis əməkdaşlarına tabe olmamaq, qanunsuz toplantılarda iştirak etməklə ictimai asayişi və əmin-amanlığı pozmaq” ittihamları irəli sürülüb.

Qeyd edək ki, həmin azərbaycanlı fəallar bundan öncə də dinc mədəni fəaliyyətlərinə görə həbs edilmişlər.

Həmçinin yoxlayın

Tramp son hücumdan sonra molla rejiminə sərt xəbərdarlıq etdi

GADTB: ABŞ Prezidenti Donald Tramp Truth Social platformasında paylaşdığı açıqlamada bildirib ki, İran addımlarını davam …

Azərbaycanlı fəal Cəlal Derogər bir neçə saatlıq dindirilmədən sonra sərbəst buraxılıb

GADTB: Azərbaycanlı fəal Cəlal Derogər, şənbə günü, 6 tir tarixində Əhər şəhərində işlədiyi yerdə molla …