Cümə axşamı , Dekabr 26 2024
azfa

GADTB-nin qondarma “arsax respublikasının” özünü buraxması ilə bağlı bildirişi

GADTB: 35 ilə yaxın bir müddətdə ermənilər Azərbaycan ərazisində dəhşətli cinayətlər və soyqırımlar törətməklə Azərbaycanın Qarabağ bölgəsini işğal edib və burada qondarma “arsax respublikası” elan etmişdilər.

Ermənilərin 30 ildən çox bir dövrdə dəhşətli cinayətlər törədib, bir milyon soydaşımızı öz yurd-yuvalarından didərgin salmalarına baxmayaraq, Azərbaycan Prezidenti cənab İlham Əliyevin uğurlu diplomatiyası nəticəsinə sonda dalana dirənmişlər. Belə vəziyyətdə Azərbaycan Ordusunun 24 saat müddətinə Ermənistanın Azərbaycanın Qarabağ bölgəsində saxladığı erməni terrorçulara qarşı anti-terror tədbirləri keçirməsi erməni terrorçu və cinayətkarlarının Azərbaycan ərazisindən qaçmağa çalışmasına səbəb olmuşdur.

Ermənilər bu məğlubiyyətindən sonra artıq qondarma “arsax respublikası” özünü buraxmaq məcburiyyətində qalıb. Bu isə artıq Azərbaycana qarşı bu fitnəkarlığın sona çatdığını göstərir. Azərbaycanın bu uğuru isə ölkəmizin gücü və nüfuzunu dünyada daha da artıracaq.  

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) millətimizin bu möhtəşəm uğurunu Ali Baş Komandan cənab İlham Əliyevi uğurlu diplomatiyasının və Azərbaycan Ordusunun rəşadətinin məntiqi nəticəsi hesab edib və bu qələbə münasibətilə müzəffər Ali Baş Komandan cənab İlham Əliyevi, Azərbaycan dövləti və millətini ürəkdən təbrik edir.

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB)

Həmçinin yoxlayın

“Səttar xan” tamaşası Təbrizdə böyük coşqu ilə qarşılandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, fars irqçiliyinin nökərləri İranşəhri qrupların “Səttar xan” tamaşasına …

Türkiyə Şimali Kipr Türk Cümhuriyyəti ilə bağlı Fransaya xəbərdarlıq etdi

GADTB: Türkiyə Milli Müdafiə Nazirliyi Fransaya məxsus döyüş təyyarəsinin Şimali Kipr Türk Cümhuriyyətinin hava məkanını …