Şənbə , Noyabr 14 2026
azfa

BMT-nin missiyası bu gün Qarabağa gəlib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün BMT-nin missiyası Qarabağa gəlib.

Missiyanın üzvləri səhər saatlarında Ağdamdan keçərək, Əsgəran-Xankəndi istiqamətində hərəkət edib.

Missiyanın məqsədi yerdə vəziyyətlə tanış olmaq, sakinlərin humanitar ehtiyaclarını müəyyənləşdirməkdir.

Missiyanın tərkibinə təşkilatın müxtəlif qurumlarının nümayəndələri daxildir.

BMT nümayəndələri “Laçın” sərhəd-keçid məntəqəsinə baxıblar.

BMT-nin Azərbaycandakı rezident əlqələndiricisinin rəhbərliyi altında beynəlxalq təşkilatın ixtisaslaşmış qurumlarının nümayəndələri Xankəndi-Laçın yolunda olublar və “Laçın” sərhəd-keçid məntəqəsinə baxıblar.

Qeyd edək ki, BMT missiyası Qarabağda sonuncu dəfə təxminən 30 il əvvəl olub.

Həmçinin yoxlayın

Mossad rəhbəri İran rejimi ilə müharibə məsələsini müzakirə etmək üçün Vaşinqtona gedib

GADTB: Mossad rəhbəri Roman Qofman cümə günü İran rejimi ilə müharibə barədə ABŞ-ın yüksək vəzifəli …

Rubio: İran nüvə silahı hazırlamaq üçün bütün işləri görür və nüvə silaahı istəmədiyini iddia edir

GADTB: ABŞ-ın dövlət katibi Marko Rubio İran İslam Respublikası rejiminin nüvə silahı əldə etməyə çalışdığını …