Azərbaycanlı xanım fəal Səfiyə Qarabağinin istintaqı keçirilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı xanım fəal Səfiyə Qarabağının oktyabrın 1-də istintaqı keçirilib.

Zəngan sakini olan azərbaycanlı mədəni fəal Səfiyə Qarabağı öz İnstaqram səhifəsində bu barədə məlumat paylaşıb.

Səfiyə Qarabaği yazıb: “Ötən gün (sentyabrın 30-u) Zəngan Prokurorluğunun 9-cu İstintaq Şöbəsi tərəfindən bildiriş göndərilib və mənə qarşı oktyabrın 4-də istintaq keçiriləcəyi bildirilib. Lakin həmin tarixdə mənim müraciət imkanım olmadığına görə oktyabrın 1-də getməli oldum. İnstaqram hesabımda postlarım və “Story” mövzularımla bağlı şikayətdə əlyehimə “sistemə qarşı təbliğat” ittihamı irəli sürülüb. Müstəntiq “Story” mövzularım barədə suallar irəli sürüb. Belə ki, şəhərin küçələrinin asfaltı, keçidlərin subasması ilə bağlı şəhər müdiriyyətinin hərəkətlərinin sual altına alınması, həmçinin mədəni fəalların saxlanılması və şagirdlərin zəhərlənməsi xəbərlərinin paylaşımı barədə izahat və müdafiələrim qeydə alınıb.”

Qeyd edək ki, azərbaycanlı mədəni fəal Səfiyə Qarabaği bundan öncə də molla rejimin ETTELAAT idarəsinə dəfələrlə çağırılıb, dəfələrlə həbs və işgəncələrə məruz qalıb.

Həmçinin yoxlayın

Urmiyada 6 min bələdiyyə işçisi və əməkdaşının sığortası dayandırılıb

GADTB: Urmiya bələdiyyəsində çalışan təxminən 6 min işçi və əməkdaşın sığortasının dayandırılması onların və ailələrinin …

Zəncanda yenidən saxlanılan Leyla Cəfərlunun taleyindən məlumat yoxdur

GADTB: Zəncan şəhərindən olan azərbaycanlı gənc xanım Leyla Cəfərlunun yenidən saxlanılmasından bir neçə gün keçməsinə …