Bazar , Sentyabr 20 2026
azfa

Təbrizdə beynəlxalq kitab sərgisi keçiriləcək

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Təbrizdə 18-ci beynəlxalq kitab sərgisi keçiriləcək. Sərgi 4 il gecikmədən sonra 24 oktyabrdan başlayacaq.

Şərqi Azərbaycanın Mədəniyyət və İslami İrşad İdarəsinin sədri Məhəmməd Hüseyn Bulağı bununla bağlı deyib: “Ölkənin şimal-qərbində ən əlamətdar və populyar mədəniyyət hadisəsi olan Təbriz Kitab Sərgisi bu il əyalətin Mədəniyyət və İslami İrşad Baş İdarəsinin səyləri, Şərqi Azərbaycan valisinin dəstəyi və müşayiəti ilə keçiriləcək”.

Yerli naşirlər keçiriləcək sərgidə Azərbaycan türkcəsində kitabların iştirakının məhdud olacağını bildiriblər.

Onlar bundan əvvəl mayın 11-dən 20-ə kimi Tehranda keçirilən 34-cü beynəlxalq kitab sərgisində də Azərbaycan türkcəsində kitabların iştirakına məhdudiyyətlər qoyulduğunu bildirmişlər.

Həmçinin yoxlayın

Azərbaycanlı idmanşı qız Eylin Zamani çempion oldu- Video

GADTB: Cənubi Azərbaycanın Təbriz şəhərindən olan idmançı qız Eylin Zamani böyük güclə meydana çıxaraq mübarizə …

Əhərdə Şeyx Şəhabəddin Əhəri tarixi türbəsinin ərazisində yeni tikinti türbəyə zərər yetirir

GADTB: Əhər rayonunda yerləşən Şeyx Şəhabəddin Əhəri türbəsinin ərazisində yeni tikinti işlərinin aparıldığını əks etdirən …