Bazar ertəsi , Sentyabr 21 2026
azfa

Azərbaycanlı vəkil Məhəmmədrza Fəqihinin işi üzrə məhkəmə təxirə salınıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən azərbaycanlı vəkil Məhəmmədrza Fəqihinin məhkəməsi baş tutmalı idi, lakin İnqilab Məhkəməsinin hakimi Əbulqasim Salavati onun vəkillərindən birinin iclasda iştirakına mane olduğu üçün baş tutmayıb.

Məhəmmədrza Fəqihi “ölkənin təhlükəsizliyinə qarşı cinayət törətmək niyyəti ilə toplaşmaq və sövdələşmə” ittihamı ilə mühakimə olunmalı idi.

Məhəmmədrza Fəqihi keçən il Mərkəzi Hüquqşünaslar Assosiasiyasının binası qarşısında keçirilən dinc toplantıda həbs edilib.

Qeyd edək ki, Məhəmmədrza Fəqihi 2022-ci il oktyabrın 12-də Tehranda vəkillərin “Etirazçıların hüquqlarının və İran Konstitusiyasının 27-ci maddəsinin pozulmasına” etiraz olaraq keçirdikləri aksiyada iştirak etdiyinə görə həbs edilmişdi.

Azərbaycanlı vəkil bir sıra milli fəalların, o cümlədən Abbas Lisaninin vəkili olaraq, onları məhkəmədə müdafiə etmişdi.

Həmçinin yoxlayın

Tramp molla rejimi ilə müharibəni davam etdirmək üçün üç variantı nəzərdən keçirir

GADTB: “Vaşinqton Tayms” qəzeti yazıb ki, ABŞ prezidenti Donald Tramp İran İslam Respublikası ilə bağlı …

Təbrizin mərkəzində ermənilər üçün təmin olunan hüquq, azərbaycanlılar üçün illərdir əlçatmaz arzu – VİDEO

GADTB: Təbriz – siyasətin beşiyi və Azərbaycanın ürəyi – acı və danılmaz bir paradoksun şahididir: …