Şənbə , Oktyabr 17 2026
azfa

İsrail Həmasa qarşı 300 minlik ordu topladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İsrail Həmasa qarşı 300 minlik ordu toplayaraq, Qəzzəyə göndərir.

İsrail ordusunun sözçüsü polkovnik Conatan Konrikus bu məsələyə toxunaraq deyib ki, olduqca ağır itkilər verdik. Ancaq bu bizi çaşdırmayacaq və qətiyyətimizi zəiflətməyəcək. Qəzzadan daha dəhşətli videolar gələcək.

Onun sözlərinə görə, İsrail ordusu Qəzza zolağı yaxınlığına təxminən 300 min hərbçi yerləşdirilib:

“Əsgərlər hökumətdən gələcək əmri gözləyir. İsrail ordusunun missiyası bu müharibənin sonunda HƏMAS-ın israilli mülkiləri təhdid edə və ya öldürə biləcək gücə sahib olmayacağından əmin olmaqdır”.

İsrail mətbuatının yazdığına görə, ordunun Qəzzaya hava zərbələi nəticəsində HƏMAS-ın hərbi qanadının komandirlərindən olan Məhəmməd Deifin atasının yaşadığı ev vurulub. Bombardman nəticəsində Deifin qardaşı, oğlu və qardaşının nəvəsinin öldüyü bildirilib.

“Əl Mayadin” nəşri də dağıntılar altında qalanların olduğunu yazıb.

Bundan başqa, İsrail təyyarələrinin Qəzzadakı İslam Universitetini vurması nəticəsində bir neçə bina tamamilə dağılıb.

Həmçinin yoxlayın

Tanınmış Azərbaycan şairi, “Ayrılmaz” təxəllüslü Yaqub Əhmədvənd vəfat edib

GADTB: “Ayrılmaz” təxəllüsü ilə tanınan, müasir Azərbaycan ədəbiyyatının görkəmli şairlərindən Yaqub Əhmədvənd bir müddət xəstəlikdən …

SEPAH zabitləri Yəməndə ön cəbhədə husilərin hücumlarını yönləndirməyə kömək edirlər

GADTB: İran İslam Respublikası Yəməndəki husilərə hərbi, kəşfiyyat və əməliyyat dəstəyini artırıb. Tehran Səudiyyə Ərəbistanına …